Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi fevralın 11-də Rusiyaya səfər edəcək.
APA-nın məlumatına görə, səfərdə məqsəd Moskvada keçirilməsi planlaşdırılan X İran-Rusiya Hökumətlərarası Komissiyasının toplantısında iştirak etməkdir. Yığıncağa Rusiyanın energetika naziri Aleksandr Novak sədrlik edəcək. Toplantıda İran və Rusiyanın ticarət, sənaye, nəqliyyat, enerji və konsulluq sahəsində əməkdaşlığı müzakirə olunacaq.
Qeyd edək ki, IX İran-Rusiya Hökumətlərarası Komissiyasının toplantısı 2012-ci ildə Tehranda keçirilib.