Bank Of Baku

Çavuşoğlu Moskvada Lavrov və Zəriflə danışıqlarda iştirak edəcək

Çavuşoğlu Moskvada Lavrov və Zəriflə danışıqlarda iştirak edəcək
# 15 dekabr 2016 17:50 (UTC +04:00)

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dekabrın 27-də Moskvada rusiyalı və iranlı həmkarları Sergey Lavrov və Məhəmməd Cavad Zəriflə danışıqlarda iştirak edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib.

 

“Bəli, biz təsdiqləyirik  ki, dekabrın 27-də Türkiyə XİN rəhbəri rusiyalı və iranlı həmkarları ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək”, - deyə Diriöz bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR