Bank Of Baku

Çeçenistanda İŞİD üzvü olduğu ehtimal edilən 3 silahlı axtarılır

Çeçenistanda İŞİD üzvü olduğu ehtimal edilən 3 silahlı axtarılır
# 18 dekabr 2016 12:10 (UTC +04:00)

Çeçenistan güc strukturları dünən axşam polislərə hücum edən silahlı qrupun 3 üzvünü axtarır.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə həmin silahlıların İŞİD terror təşkilatının üzvü olması barədə informasiya olduğunu bildirib.

 

Qeyd edək ki, dünən silahlı qrupun 6 üzvündən 3-ü - 1987-ci il təvəllüdlü Əshəb Yusipov, 1998-ci il təvəllüdlü Mədinə Şahbiyeva, 1987-ci il təvəllüdlü İsmail Berqoyev saxlanılıb. Yaralı olan silahlılardan M. Şahbiyevanın ayağı amputasiya edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR