Bank Of Baku

Çeçenistanda külli miqdarda silah sursat aşkarlanıb

Çeçenistanda külli miqdarda silah sursat aşkarlanıb
# 16 fevral 2013 23:40 (UTC +04:00)

Bakı-APA. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 16-da Çeçenistanın cənub hissəsində yerləşən dağlarda külli miqdarda silah sursat aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə agentliyə məlumatı respublikanın hüquq-mühafizə orqanlarında olan mənbə verib.

 

Məlumata görə, silah sursat Veden rayonun Elistanji kəndindən 600 metr aralıda dağlıq-meşəlik ərazidə basdırılmışdı.  

 

“Əməliyyat məlumatına əsasən, aşkarlanan silah bu ilin yanvarında öldürülən qanunsuz hərbi birləşmənin başçısı Hüseyn Qakayevə məxsus olub.  Respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşları 25 qumbaraatan, 2 pulyemyot, 2 avtomat, 2300 patron və sair hərbi sursat aşkarlayıb” deyə mənbə bildirib.  Fakt üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR