Dağıstan. Telman Tahirli – APA. Çeçenistanda yeni doğulmuş körpələrin ticarətində şübhəli bilinən iki nəfər polis tərəfindən həbs edilib.
APA-nın Dağıstan müxbirinin xəbərinə görə, həbs olunanların bu işə birbaşa aidiyyəti olan tibb işçiləri olduğu bildirilir.
Hüquq-mühafizə orqanları bir ay əvvəl Dağıstandan Çeçenistana gələn bir qadının yeni doğulmuş körpəni satmaq istəməsi barədə məlumat alıb. Polislər şərti alıcı qismində qadınla razılığa gəliblər. Umalat adlı qadın 2 yaşlı qızı 400 min rubla satmağa razılaşıb. Daha sonra yeni doğulmuş oğlanı 555 min rubla təklif edib. Alqı-satqı baş tutduqdan dərhal sonra uşaq alverçisi və onun “həmkarı” – Xasavyurt doğum evinin 61 yaşlı mamaçası Raisa həbs edilib.