Bakı-APA. Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov hökuməti istefaya göndərib.
APA-nın məlumatına görə, hökumət yeni nazirlər kabineti formalaşanadək vəzifələrini icra edəcək.
Hökumətin sədri vəzifəsini müvəqqəti icra etmək baş nazirin müavini Muxtar Məcidova tapşırılıb.