Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Dağıstan prezidentini istefaya göndərib. Onun yerinə Dövlət Dumasının deputatı Ramazan Abdullatipov təyin olunub. APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin mətbuat xidməti Dağıstan prezidenti Maqomedsalam Maqomedovun istefaya göndərilməsi və onun Rusiya Prezident Administrasiyasının sədr müavini təyin olunması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, M. Maqomedov ös istəyi ilə Dağıstan prezidenti vəzifəsindən gedib.
Qeyd edək ki, Ramazan Abdullatipovun Dağıstan prezidenti təyin olunması ilə bağlı Rusiya KİV-lərində bir müddət əvvəl məlumat yayılmasına baxmayaraq təyinat rəsmən təsdiq edilmirdi.