Bank Of Baku

Dağıstanda Ali Məhkəmənin hakimini qətlə yetirilmiş şəxs məhv edilib

Dağıstanda Ali Məhkəmənin hakimini qətlə yetirilmiş şəxs məhv edilib
# 15 fevral 2013 22:52 (UTC +04:00)

Bakı-APA. Mahaçqalada keçirilmiş əməliyyat nəticəsində respublika Ali Məhkəməsinin hakimi Məhəmməd Məhəmmədovu qətlə yetirmiş şəxs məhv edilib.

 

«1986-cı il təvəllüdlü Nəbi Nəbiyev Mahaçqalanın İmam Şamil prospektində 36 saylı evin mənzillərindən birində mühasirəyə alınıb. Silahlı şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının təslim olmaq çağırışına mənfi cavab verib. Keçirilən əməliyyat nəticəsində N.Nəbiyev məhv edilib», deyə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə İTAR-TASS-a bildirib.

 

Nəbi Nəbiyev Dağıstan Ali Məhkəməsinin hakimi Məhəmməd Məhəmmədovun qətlində təqsirli bilinir. M.Məhəmmədov bu il yanvarın 15-də Mahaçqalada qətlə yetirilib. Onun qətlinin səbəbi kimi peşə fəaliyyəti göstərilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR