Bakı-APA. Dağıstanın Buynaksk şəhərində baş vermiş atışmada üç polis əməkdaşı həlak olub, ən azı bir nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya DİN-in açıqlamasında bildirilir ki, hücum edənlər şəxslər hadisə yerindən uzaqlaşa bilib.
Məlumatda qeyd olunur ki, naməlum şəxslər polis avtomobilini atəşə tutub. Hal-hazırda atəş açanların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.