Bank Of Baku

Dağıstanda avtobus “KamAZ”-la toqquşub, 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb - YENİLƏNİB

Dağıstanda avtobus “KamAZ”-la toqquşub, 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2016 01:54 (UTC +04:00)

Bakı-APA. Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti”-yə regional FHN-nin nümayəndəsi bildirib.

 

Qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.  

 

“İlkin məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar”,  deyə FHN-nin nümayəndəsi bildirib.  

 

 Məlumata görə, qəza nəticəsində 26 nəfər xəsarət alıb. 

 

 

***

 

03.22

 

Bakı-APA.  Dağıstanda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, qəza iyulun 12-dən 13-nə keçən gecə baş verib. Avtobus Dərbənddən Anapa-ya yollanırmış.

 

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.  

 

Hadisənin təfərrüatları hələlik açıqlanmır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR