Bakı-APA. Dağıstanın Süleyman Stalski rayonunda avtomobilin partladılması nəticəsində polis əməkdaşı ağır yaralanıb. APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsində bildirilib. Məlumata əsasən, iyunun 8-də, yerli vaxtla saat 22.40-da, rayonun Orta Stal kəndindəki kafenin yaxınlığında avtomobilin altına quraşdırılmış partladıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayış polis baş çavuşun bir ayağını qoparıb.
Hadisə yerində istintaq qrupu çalışır. Cinayətkarların müəyyənləşməsi istiqamətində tədbirlər görülür.