Bakı-APA. Dağıstanda “Dzerjinets” istirahət bazasının yanında yerləşən dükanın qarşısında baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb. APA-nın verdiyi xəərə görə, bu barədə “İTAR-TASS” agentliyinə Dağıstan DİN-dən məlumat verilib.
“İlkin məlumata görə, 3 naməlum şəxs ticarət təşkilatının sahibindən pul tələb ediblər. Yaranmış münaqişə zamanı dükanın sahibi atəş açıb, nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Üçüncü şəxs hadisə yerindən uzaqlaşa bilib”, deyə mənbə bildirib.
Hadisə yerində əməliyyat qrupu çalışır, araşdırma aparılır.