Bank Of Baku

Dağıstanda güclü terror aktının qarşısı alınıb

Dağıstanda güclü terror aktının qarşısı alınıb
# 11 iyul 2013 18:34 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Rusiyanın Milli Antiterror Komitəsinin açıqlamasına əsasən, partladıcı qurğuların ümumi gücü 150 kq trotilə bərabər olub.   

 

Məlumata görə, partladıcı qurğular fərdi evlərdən birinin həyətində aşkarlanıb. Partladıcı qurğular metal parçaları və mexaniki detonatorlarla təchiz olunublar. Məlumata görə, bu tip partladıcı qurğulardan əsasən terrorçu-kamikadzelər istifadə edir.   

 

Rusiyanın Milli Antiterror Komitəsinin məlumatına görə, terrorçular partladıcı qurğuları “Qafqaz” federal əhəmiyyətli magistral yolundakı polis postlarından birinin partladılması üçün istifadə etməyə planlaşdırıb.

 

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR