Bakı - APA. Dağıstanda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 17-si gecə saatlarında Qarabudaqkənd rayonunda "Lada Priora" və "Toyota" avtomobilləri toqquşub.
İlkin məlumata görə, "Toyota"nın sürücüsü idarəetməni itirib, nəticədə qəza baş verib. Beş nəfər hadisə yerində ölüb.