Dağıstanda həyata keçirilən antiterror əməliyyatı nəticəsində iki silahlı məhv edilib.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Milli Antiterror Komitəsindən bildiriblər.
Məlumata əsasən, zərərsizləşdirilən silahlılar terror fəaliyyəti ilə məşğul olan dəstənin üzvləridir. Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, dekabrın 17-də Dağıstanın Qubden kəndində 3 silahlı, o cümlədən silahlı dəstənin liderlərindən biri Əlihacı Xamutayev məhv edilib. 2011-ci ildən axtarışda olan Ə.Xamutayev 8 nəfərin ölümü və Rusiya daxili işlər nazirliyinin konvoyuna hücum təşkil etməkdə şübhəli bilinirdi.