Bank Of Baku

Dağıstanda məktəb direktorunun avtomobili partladılıb

Dağıstanda məktəb direktorunun avtomobili partladılıb
# 25 yanvar 2013 04:03 (UTC +04:00)

Bakı-APA. Yanvarın 24-də axşam saatlarında Dağıstanın Kaytaq rayonunda məktəb direktorunun avtomobili partladılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN Baş İdarəsinin nümayəndəsi bildirib.  

Məlumata görə, Dağıstanın Kaytaq rayonunun Macalis yaşayış məntəqəsində saat 23.00 radələrində məktəb direktoru Əli Başayev avtomobilini evinin həyətində saxlayan an partlayış baş verib. Hadisə nəticəsində Başayev xəsarət almayıb, lakin avtomobil ciddi zədələnib.  

Qeyd edək ki, terrorçular partladıcı qurğunu maşının alt hissəsinə bərkidiblər.  

Hadisə yerində istintaq qrupu çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR