Bakı-APA. Dağıstanın Novolak rayonunun Qaniyah kəndində mina partlayışı nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Bu barədə respublika DİN-dən məlumat verilib.
Hadisə kəndlilərin ot biçməsi zamanı baş verib.
DİN nümayəndələri minanın 1999-cu ildə bu ərazidə baş vermiş döyüşlərdən sonra qaldığı fikrindədirlər. Onlar həmçinin minanın əldəqayırma olmadığını bildiriblər.