Bank Of Baku

Dağıstanda öldürülən silahlı “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub

Dağıstanda öldürülən silahlı “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub
# 04 dekabr 2016 04:25 (UTC +04:00)

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.   

 

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.

 

Polis və dinc sakinlər arasında yaralanan olmayıb.  

 

Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR