Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində hərəkətdə olan polis maşınının yaxınlığında partlayış törədilib, nəticədə mülki şəxs ölüb, 2 polis yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Dağıstan DİN-in nümayəndəsi bildirib.
İnsident yerli vaxtla 22.50-də baş verib.
Fakt ilə bağlı araşdırma aparılır.