Bakı-APA. Dağıstanda polis əməkdaşları silahlı müqavimət göstərən şəxsi öldürüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ötən polis Mahaçqalanın ətrafındakı Səməndər qəsəbəsində baxış keçirmək məqsədi ilə avtomobili saxladıqda sürücü atəş açıb. Cavab atəşi ilə silahlı şəxs öldürülüb.
“Öldürülən şəxs 1978-ci il təvəllüdlü Rəcəb Mustafayev Mahaçqala silahlı dəstənin fəal tərəfdarı olub”, deyə polisdən bildirilib.