Bakı-APA. Dağıstanın Buynaksk şəhərində polis leytenantı qıtlı yetirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, naməlum şəxslər mayın 31-dən iyunun 1-nə keçən gecə polis sahə müvəkkilini onun evi qarşısında odlu silahdan qətlə yetirərək, yerli istehsallı avtomobildə hadisə yerindən uzaqlaşıb.
Cinayətkarların müəyyən olunub saxlanılması üçün “Vulkan-4” planı elan olunub.