Dağıstanın Tsuntinsk rayonunda qar uçqunu olub.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə respublika üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər.
“Yerli vaxtla saat 21:50-də Mitluda yaşayış məntəqəsi yaxınlığında qar uçqunu olub. Hadisə nəticəsində zərərçəkən olmayıb. Bölgədə avtomobillərin hərəkəti dayandırılıb”, məlumatda deyilir.