Bank Of Baku

Dağıstanda qəlp pul kəsənlər həbs edilib

Dağıstanda qəlp pul kəsənlər həbs edilib
# 03 dekabr 2012 09:16 (UTC +04:00)

 

Dağıstan. Telman Tahirli – APA. Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Dağıstan və Krasnodar vilayəti üzrə bölmələrinin əməkdaşları bir qrup fırıldaqçını həbs edib.

 

APA-nın Dağıstan müxbirinin məlumatına görə, cinayətkar qruplaşmanın üzvləri 100 ABŞ dolları və 5000 rus rublunun saxta əsginaslarını satmaq istəyərkən yaxalanıblar. Onlardan biri Mahaçqala şəhər, digəri isə Daxadayev rayonunun Urkarax kənd sakinidir.

 

Evlərində aparılan axtarış zamanı 170 ədəd 100 dollar və  10 ədəd 5000 rublluq saxta əsginaslar aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR