Bank Of Baku

Dağıstanda silahlı toqquşma nəticəsində 2 silahlı öldürülüb, 3 polis yaralanıb

Dağıstanda silahlı toqquşma nəticəsində 2 silahlı öldürülüb, 3 polis yaralanıb
# 23 iyul 2013 21:53 (UTC +04:00)

Bakı-APA. Dağıstanda 2 silahlı zərərsizləşdirilib, 1 isə saxlanılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir ki, ötən gün Mahaçqalanın Krasnoarmeysk qəsəbəsində hüquq mühafizə orqanlarının əməkdaşları “VAZ 2106” markalı avtomobili saxlayıb. Sürücü avtomobili saxladıqda salonda olan iki şəxs  polis işçilərinə odlu silahdan atəş açıb.   

 

“Qısamüddətli silahlı toqquşma nəticəsində iki cinayətkar zərərsizləşdirilib, güllə yarası almış sürücü isə saxlanılıb. İlkin məlumata görə, öldürülən şəxslər “Kaspiysk” silahlı dəstəsinin üzvü olub”, deyə Milli Antiterror Komitəsinin nümayəndəsi bildirib.

 

Hadisə yerində silah və sursat aşkarlanıb.

 

Toqquşma nəticəsində 3 polis əməkdaşı yaralanıb, mülki əhali arasında xəsarət alan yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR