Bakı. Şamil Əlibəyli – APA. Dağıstanda təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıblar. APA-nın “İTAR TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətin əməkdaşları Mahaçqalada yerləşən “Rosrıbnadzor” bazalarının birində altı partlayıcı qurğu aşkarlayıblar. Qurğular boya qutularında gizlədilib və onların gücü trotil ekvivalenti ilə 50 kiloqram təşkil edib.
Rusiya təhlükəsizlik qüvvələri nümayəndələrinin sözlərinə görə, terroristlər partlayıcı qurğuları yaxın günlərdə işə salmaq niyyətində olublar. Lakin keçirilən əməliyyat tədbirləri nəticəsində terroristlərin başçısını tutmaq və terror aktının qarşısını almaq mümkün olub.