Bakı-APA. Dağıstanın Xasavyurt şəhərinin girişində olan Yol patrul xidmətinin postunda törədilmiş terror aktı ilə əlaqəli olduğu ehtimal edilən 6 silahlı öldürülüb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı bir nəfər hüquq mühafizə orqanının əməkdaşı ölüb.
Rusiya Milli terrorçuluqla mübarizə komitəsinin nümayəndəsi açıqlamasında bildirib ki, xüsusitəyinatlılar Xasavyurt şəhəri yaxınlığında içərisində “Xasavyurt bandası” adlandırılan qruplaşmanın üzvləri olan blindaj aşkarlayıb. “Cinayətkarlar danışıqlar aparmaqdan imtina edərək hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar”, deyə məlumatda deyilir.
Xatırladaq ki, fevralın 14-də polisi əməkdaşları Yol patrul xidmətinin postunda “Lada Priora” avtomobilin sənədlərini yoxlayarkən partladıcı qurğu işə salınıb. Partlayış nəticəsində 4 polis əməkdaşı ölüb.