Bank Of Baku

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub, ölənlər var

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub, ölənlər var
# 23 noyabr 2017 18:31 (UTC +04:00)

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

 

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  

 

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 

 

Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR