Bank Of Baku

Dağıstanın Kizlər şəhər İH rəhbəri səlahiyyətlərindən sui-istifadə etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb

Dağıstanın Kizlər şəhər İH rəhbəri səlahiyyətlərindən sui-istifadə etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb
# 28 oktyabr 2014 23:28 (UTC +04:00)

Bakı-APA. Kizlər şəhər məhkəməsi şəhər administrasiyasının rəhbəri Valeri Arjanuxini vəzifəsindən kənarlaşdırıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, məmur barəsində  səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi başlanıb.  

 

“Məmur barəsində  səlahiyyətlərindən sui-istifadə etdiyinə görə CM-nin 281-ci maddəsi ilə cinayət işi başlanılıb.  O, mənzil-kommunal təsərrüfatının islahatlaşdırılmasına dəstək fondunun 33,6 mln rubl məbləğində pul vəsaitlərini əsaslandırmadan almaqda və istifadə etməkdə şübhəli bilinir”, deyə respublika prokurorluğunun məlumatında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR