Bakı. Ağa Cəfərli-APA. Ermənistan İstintaq komitəsinin Hərbi İşlər üzrə İstintaq İdarəsi əsgəri Arutün Ambaryanın ölüm faktı üzrə cinayət işi başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. İstintaq İdarəsinin yaydığı məlumatda bildirilir ki, Arutün Ambaryan xidməti silahından açılmış güllə nəticəsində xəsarət alaraq ölüb.
Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib, ekspertiza təyin edilib.