Bakı-APA. Dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammiti təxirə salınıb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Qərarın qəbul edilməsinə səbəb Türkiyəyə məxsus F-16 təyyarəsinin Rusiyanın Su-24 qırıcısını vurması olub.
Xatırladaq ki, insidentdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sammitin keçirilib-keçirilməməsinin bir sıra faktorlardan asılı olacağını bildirib.
Qeyd edək ki, “G 20”nin Antalyada keçirilən sammitində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Türkiyə-Rusiya Əməkdaşlıq Şurası iclasının keçirilməsi ilə bağlı razılığa gəliblər.