Moskva. Fərid Əkbərov – APA. “Qış vaxtına keçmək gündəmimizdə yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirlər Rusiyanın baş naziri Dmitri Medvedevə məxsusdur. Onun sözlərinə görə, bir çox Qərb ölkələrində tətbiq olunan qış vaxtına keçid məsələsinə hökumətin yanaşması mənfidir: “Biz mövcud zaman vaxtını davam etdirməyin tərəfdarıyıq. Hökumət qış vaxtına keçməyi hal-hazırda məqsədəuyğun hesab etmir”.
Dövlət Dumasının deputatlarının qış vaxtına keçidlə bağlı tələblərinin olduğunu söyləyən baş nazir bildirib ki, mövzu ilə bağlı tələsik qərar qəbul etmək düzgün olmaz: “Aparılan sorğulardan da məlum olub ki, cəmiyyətda bu mövzuda fikir ayrılıqları var. Ona görə də, mütəxəsisslərin və ictimaiyyətin münasibətlərini izləməyə davam etmək lazımdır”.
Qeyd edək ki, Dmitri Medvedevin prezidentliyi dönəmində Rusiyada qış vaxtına keçid ləğv olunub. Bundan sonra qış aylarında Bakı ilə Moskvanın zaman fərqi olmayıb.