Bank Of Baku

Rusiya Ukraynadan gələn bütün nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoya bilər

Rusiya Ukraynadan gələn bütün nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoya bilər
# 15 fevral 2016 13:40 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş naziri Dmitri Medvedev deyib.

 

O bildirib ki, müvafiq beynəlxalq normaların pozulmasına adekvat şəkildə cavab vermək lazımdır. Baş nazir qeyd edib ki, Rusiya yük maşınlarının Ukraynada saxlanılmasına cavab olaraq Ukraynadan gələn bütün nəqliyyat vasitələrinə qarşı əlavə tədbirlər görmək lazımdır. “Kiyev vəziyyətə nəzarət edə və ölkədə nizam-intizam yarada bilmir”, - deyə o vurğulayıb.

 

Rusiya baş naziri XİN, Nəqliyyat Nazirliyi və Rusiya səfirliyinin xətti ilə məsləhətləşmələrin aparılması barədə tapşırıq verib.

 

Xatırladaq ki, Ukrayna fevralın 15-dən Rusiya dövlət nömrə nişanlı yük avtomobillərinin ölkə ərazisindən keçməsinə qadağa qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR