Bank Of Baku

Dmitri Peskov: “Moskva Rusiya təyyarəsinin vurulması ilə bağlı hələ də Ankaradan real izahat gözləyir”

Dmitri Peskov: “Moskva Rusiya təyyarəsinin vurulması ilə bağlı hələ də Ankaradan real izahat gözləyir”
# 26 noyabr 2015 12:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Moskva hələ də rəsmi Ankaradan Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması ilə bağlı izahat gözləyir”.

 

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, Rusiya Türkiyədən real izahat istəyir: “Şübhəsiz ki, ikitərəfli əlaqələrimizə vurulan bu sarsıdıcı zərbəni aradan qaldırmaq çox çətin və ağırdır. Bu, qaçılmaz nəticələri olacaq çox ciddi hadisədir. Bununla yanaşı, tərəfdaşlıq, qarşılıqlı fayda təmin edən və perspektivli olan ikitərəfli əlaqələrimizi çox qiymətləndirirdik”.

 

Türkiyədən gələn kənd təsərrüfatı məhsullarına ciddi nəzarətin səbəbinin terror təhlükəsi ilə bağlı olması barədə suala cavab verən Dmitri Peskov bunu istisna etməyib: “Bu yoxlama müxtəlif amillərlə bağlıdır. Terror təhlükəsi amili də istisna edilmir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR