Bank Of Baku

Dmitri Peskov: "Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi qaldırılmayıb”

Dmitri Peskov: "Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi qaldırılmayıb”
# 24 noyabr 2015 18:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi qaldırılmayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik bu barədə məsələnin qaldırılmasına qərar verilməyib. Sözsüz ki, indi bu tədbirin keçirilməsi, yəqin ki, bir sıra faktorlardan asılı olacaq", deyə Kremlin mətbuat katibi qeyd edib.

 

Qeyd edək ki, dekabrın 15-də Peterburqda Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi açıqlanmışdı. Yüksək Səviyyədə Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclasının keçirilməsini Antalyada keçirilən G20 sammitində Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan razılaşdırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR