Bank Of Baku

Donetsk və Luqansk separatçılarının Konstitusiya layihəsində Donbass və Krım Ukrayna ərazisi kimi təsbit olunub

Donetsk və Luqansk separatçılarının Konstitusiya layihəsində Donbass və Krım Ukrayna ərazisi kimi təsbit olunub
# 09 iyun 2015 15:53 (UTC +04:00)

Bakı – APA. Ukraynanın şərqindəki separatçılar – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini Donbass münaqişəsinin həlli üzrə təmas qrupuna təqdim ediblər.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, layihədə Donbassın hazırda separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi əksini tapıb. Separatçılar bu bölgəni Ukraynanın ayrılmaz hissəsi adlandırıblar. 

 

Daha bir maraqlı məqam Krımla bağlıdır. Layihədə Rusiya tərəfindən ilhaq edilən Krım və Sevastopol Ukraynanın  tərkib hissəsi kimi təqdim olunur. Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının hüquqi statusuna dəyişikliyin nəzərdə tutulduğu 133-cü maddədə “Krım Muxtar Respublikası və Sevastopol Ukraynanın tərkibinə daxildir” ifadəsi yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR