APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, hərbi geyimli şəxslər hücum zamanı “Rusiya”, “Odessa rus şəhəridir” kimi şüarlar səsləndiriblər.
Məlumata görə, hücum edənlər mühafizə olunmayan UTX binasını 2 dəqiqə ərzində ələ keçiriblər. Etirazçılar yaxınlıqda yerləşən UTX İstintaq İdarəsinin binasını da nəzarətə götürüblər. Aksiyada 1000-dək insanın iştirak etdiyi bildirilir.