APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bunu dekabrın 12-də İrəvanda Ermənistan XİN rəhbəri Edvard Nalbandyan türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi görüşdən sonra bəyan edib.
“Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə görüş zamanı Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Ermənistan-Türkiyə münasibətlərinin ilkin şərtsiz nizamlanmasına dair Ermənistanın prinsipial mövqeyini təsdiqləyib”, deyə Ermənistan XİN mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd edək ki, Ermənistan və Türkiyə XİN rəhbərlərinin görüşü ötən gün İrəvanda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QTİƏT) üzv olan dövlətlərin XİN rəhbərlərinin toplantısı çərçivəsində baş tutub.
Nazirlər həmçinin gələcək proqramları və QTİƏT-in fəaliyyətini müzakirə ediblər.