Bank Of Baku

Edvard Snouden Rusiyadan siyası sığınacaq istəyib

Edvard Snouden Rusiyadan siyası sığınacaq istəyib
# 01 iyul 2013 22:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snouden Rusiyadan siyası sığınacaq istəyib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Şeremetova hava limanının konsulluq ofisinin nümayəndəsi Kim Şevçenko dünən İngiltərə vətəndaşı Sarah Harissonun onlarla əlaqə saxladığını söyləyib: “O, özünün ABŞ vətəndaşı Edvard Snoudenin vəkili olduğunu söylədi və Snoudenin siyasi sığınacaq tələbi ilə konsulluğumuza müraciət etdi”.

 

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Edvard Snoudenin ABŞ-a ziyan verməmək şərti ilə Rusiyada qala biləcəyini söyləyib”.

 

Edvard Snouden artıq bir həftəden çoxdur ki, Şeremetova hava limanın tranzit ərazisində gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR