Bank Of Baku

Əli Hüseynli: “Belarus təcrid siyasətindən zərər çəkmir”

Əli Hüseynli: “Belarus təcrid siyasətindən zərər çəkmir”
# 11 iyun 2013 09:50 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan və Belarus təkcə MDB çərçivəsində deyil, bir sıra digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. APA-nın xəbərinə görə, bunu Azərbaycanla Belarus arasında diplomatik münasibətlər qurulmasının 20 illiyi münasibətilə Bakıda keçirilən forumda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasındakı siyasi və diplomatik əlaqələr bütün sahələrdə müsbət nəticələr verir, ticarət dövriyyəsinin həcmi artır.

 

Milli Məclisin Hüquq Siyasət və Dövlət Quruculuğu Komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Əli Hüseynli ölüm hökmünü ləğv etmədiyi üçün Belarusun bir sıra Avropa institutlarından təcrid olunmasından təəssüfünü dilə gətirib: “Bu qərarı Belarus xalqı verib. Təcrid siyasəti effekt vermir və Belarus bundan zərər çəkmir. Təcrid metodlarını sivil sayıram və hesab edirəm ki, problemi danışıqlar masası arxasında həll etmək zəruridir”.

 

Öz növbəsində Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycan parlamentinə dəstəyə görə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR