Erməni deputatlar yeni vergi qanununa etiraz edən vətəndaşları parlamentin binası önündə toplaşmağa çağırıb

Erməni deputatlar yeni vergi qanununa etiraz edən vətəndaşları parlamentin binası önündə toplaşmağa çağırıb
# 30 sentyabr 2014 14:43 (UTC +04:00)

Axşam saatlarında baş tutacaq xüsusi toplantı barədə məlumat verən deputatlar yeni vergi qanununa etiraz edən aksiya iştirakçılarını parlament binasının önündə toplaşmağa çağırıb. “Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikayıl Melkumyan axşam saatlarında parlamentin önündə toplaşmaqla içəridəki deputatlara təzyiq etməyin və hakim Respublika Partiyasının parlamentin xüsusi iclasına mane olmasına imkan verməməyin vacib olduğunu bildirib.

Bu gün axşam parlamentə təqdim olunacaq alternativ qanun layihəsini də Mikayıl Melkumyan hazırlayıb. Layihə sahibkarlara “köhnə qanun qüvvədə qalmaqla bərabər 3.5 faiz vergi vermək, sənədləşmədən uzaq olmaq və ya yeni qanuna müvafiq hərəkət etmək və 1 faiz vergi vermək” kimi seçim imkanı verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR