Bakı-APA. İrəvan bələdiyyəsi bir qrup müharibə veteranına iyunun 16-da şəhərin Azadlıq meydanında mitinq keçirməyə icazə verib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.
Mitinqdə sosial tələblər səsləndiriləcək. Veteranlar sosial paketin yaxşılaşdırılmasını, pensiyaların artırılmasını, ictimai nəqliyyatdan pulsuz istifadə hüququ, kommunal xidmətlərdən istifadəyə görə haqqın 50% endirilməsini tələb edirlər.