Bakı. Şamil Əlibəyli – APA. Ermənistan paytaxtında ictimai nəqliyyatda gediş haqlarının artırılmasına qarşı etiraz aksiyası keçirilib. APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata görə, onlarla insan paytaxt meriyası yaxınlığında toplaşaraq öz etirazlarını bildiriblər. Polis aksiya iştirakçılarını meriya binası qarşısına buraxmayıb.
Qeyd edək ki, Ermənistanda iyulun 20-dən etibarən ictimai nəqliyyatda gediş haqqı 100 dramdan 150 drama qaldırılacaq. (20 qəpikdən 30 qəpiyə). Ölkə rəhbərliyi bu addımı Rusiya tərəfindən təbii qazın qiymətinin qaldırılması ilə izah edir.