Bank Of Baku

Ermənistan-ABŞ hərbi məsləhətləşmələri keçiriləcək

Ermənistan-ABŞ hərbi məsləhətləşmələri keçiriləcək
# 26 oktyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu ilin dekabrında İrəvanda Ermənistan-ABŞ müdafiə məsləhətləşmələri keçiriləcək.

 

APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, məsləhətləşmələr zamanı tərəflər əməkdaşlıq məsələlərini detallı şəkildə müzakirə edəcəklər.  

 

Məsləhətləşmələrin keçirilməsi barədə razılıq Ermənistan müdafiə nazirinin 1-ci müavini David Tonoyan və ABŞ müdafiə nazirinin müavininin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Evelin Farkasın Brüsseldə keçirilən görüşündə əldə olunub.

 

Tərəflər həmçinin Ermənistan hərbçilərinin ABŞ-ın hərbi-tədris müəssisələrində və təlim mərkəzlərində fərdi və bölmələrin tərkibində təlim və kurslarda iştirak imkanlarını müzakirə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR