Bakı. Anaxanım Hidayətova – APA. Serj Sarkisyanın prezidentliyi dövründə 181 mindən çox vətəndaş Ermənistanı tərk edib. APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb. Qəzet yazır ki, 2012-ci ildə Ermənistandan 42 min 764 nəfər gedib.
Ermənistanın yavaş-yavaş boşalması bu ölkədə narahatlıq yaradıb.