Bakı – APA. Ermənistan hökuməti Konstitusiyaya uyğun olaraq prezidentin inauqurasiyası keçirilən gün istefaya gedib. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, baş nazir Tiqran Sarkisyan Nazirlər Kabinetinin istefası haqda bəyanatı oxuyub.
İstefanı qəbul edən S. Sarkisyan Nazirlər Kabinetinin üzvlərinə təşəkkür edib.
Konstitusiyaya əsasən yeni seçilmiş prezident vəzifəsinin icrasına başladığı gün hökumətin istefasını qəbul edir. Lakin yeni hökumət formalaşana qədər köhnə kabinet fəaliyyətini davam etdirir. S. Sarkisyan parlament fraksiyaları ilə məsləhətləşmə keçirdikdən sonra 10 gün ərzində yeni baş naziri müəyyənləşdirəcək.