Bakı – APA. Ermənistanda yeni siyasi partiya yaradılıb.
APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, “Orinats yerkir” partiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Şurasının sabiq katibi Artur Baqdasaryan tərəfindən əsası qoyulan “Erməni dirçəlişi” birliyi partiya elan edilib.
Bu barədə siyasi qüvvənin təsisçilər yığıncağının fevralın 21-də keçirilmiş toplantısında qərar verilib.
Artur Baqdasaryan yeni partiyanın sədri seçilib.
Toplantıda digər siyasi qüvvələrin nümayəndələri iştirak etməyib.