Bank Of Baku

Ermənistan müxalifəti “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib

Ermənistan müxalifəti “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib
# 17 aprel 2018 20:49 (UTC +04:00)

Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: “Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər”, - deyə Nikol Paşinyan mitinqdə bildirib.      

 

Onun sözlərinə görə, sabahdan bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt Yerevanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.    

 

Aksiyadan sonra etirazçılar mərkəzi küçələr boyu yürüş keçiriblər. Nikol Paşinyan tərəfdarlarını meydanda gecələməməyə və sabah yenidən aksiyaya toplaşmağa çağırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR