Bank Of Baku

Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib, polis hadisəni törədən şəxsi saxlayıb

Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib, polis hadisəni törədən şəxsi saxlayıb
# 11 iyul 2026 20:45 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri qətlə yetirilib.

APA xəbər verir ki, qətlin iyulun 9-da münaqişə zəminində baş verdiyi bildirilir.

Paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimli döyülüb, baş nahiyəsinə küt alətlə zərbələr vurulması nəticəsində ölüb.

Daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində gölün kənarına atılıb.

Qətli törətməkdə şübhəli bilinən, sağlamlıq mərkəzinin işçisi, Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR