ABŞ Prezidenti Donald Tramp növbəti dəfə tibbi müayinədən “ideal” nəticələrlə keçdiyini bildirib.
APA xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" hesabında yazıb.
“Mən indicə Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində tibbi müayinədən əla keçdim. Mən bu müayinədən hər altı aydan bir keçirəm. Bu dəfə, həmçinin, yeganə prezident kimi əlavə koqnitiv testdən də keçməyi xahiş etdim. Bütün testlərdən uğurla keçdim və bütün suallara düzgün cavab verdim”, - deyə Tramp bildirib.
ABŞ Prezidentinin fikrincə, Vaşinqtonda “az adam bunu təkrarlaya bilər”. O, bu sırada The New York Times qəzetinin jurnalistlərini də qeyd edib və onları özü barədə yalan xəbərlər yaymaqda ittiham edib.