Bank Of Baku

Ermənistan prezidenti: "Türkiyənin “erməni soyqırımı”nı tanıması məsələsi Ermənistanın təhlükəsizliyi deməkdir"

Ermənistan prezidenti: "Türkiyənin “erməni soyqırımı”nı tanıması məsələsi Ermənistanın təhlükəsizliyi deməkdir"
# 05 fevral 2013 22:43 (UTC +04:00)

Bakı-APA. “Türkiyə Ermənistanın blokadasını davam edərək regional lider mövqeyindən çıxış etməyə çalışır. Bu qəbuledilməzdir”. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanda prezident seçkilərinə namizəd, hazırki ölkə başçısı Serj Sarqsyan İrəvanda seçicilərlə görüşdə bəyan edib.

 

Onun sözlərinə görə, “Türkiyə hakimiyyəti tarixi təhrif edərək Türkiyə xalqına öz tarixi ilə üzləşməyinə imkan vermir”. Serj Sarqsyan qeyd edib ki, Ermənistan “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması istiqamətində səylərini bundan sonar da davam edəcək. “Türkiyənin “erməni soyqırımı”nı tanıması məsələsi Ermənistanın təhlükəsizliyi məsələsi deməkdir”, deyə Sarqsyan bəyan edib.  O ki qaldı, ABŞ prezidentinin “soyqırım” terminini ifadə etməməsi məsələsinə,  Sarqsyan xatırladıb ki, Obama artıq “yegern” sözünü ifadə edib.  “Bu sözün isə mənası “soyqırım” və “qətliam” deməkdir”, deyə Ermənistan prezidenti seçiciləri inandırmağa çalışıb. 

 

"Düşünürəm ki, Obama hətta "soyqırım" sözünü ifadə etsə belə, yenə də kimlərsə narazı qalacaq", deyə Serj Sarqsyan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR